İDMAN
BAKI KOMANDALARI YENİYETMƏLƏRİN RESPUBLİKA OYUNLARINDA İRƏLİDƏ GEDİRLƏR
Yeniyetmələrin 4-cü Respublika oyunlarının final yarışlarında həndbol, üzgüçülük və sambo turnirlərinin qalibləri müəyyənləşmişdir.
Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 18 həndbol komandası arasında Bakı komandası ən yaxşı nəticə göstərmişdir. İkinci yerə İsmayıllı, üçüncü yerə isə Ağstafa komandaları çıxmışlar.
Qızlardan ibarət 12 komanda arasında ilk iki yeri bakılılar, ücüncü yeri isə şamaxılılar tutmuşlar.
Üzgüçülük yarışlarında Bakının yeniyetmə idmançıları yenə də irəlidə olmuşlar.
42 rayondan 150 idmançının iştirakı ilə keçirilən sambo yarışlarında isə ümumi hesabda paytaxt komandası birinci yeri tutmuşdur. İkinci yerə Sumqayıt, üçüncü yerə isə Ağdam idmançıları çıxmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]
Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- 26.04.2024 [12:38]