İDMAN
BAKI, SUMQAYIT VƏ ABŞERON RAYONU BƏLƏDİYYƏLƏRİ ARASINDAFUTBOL TURNİRİNİN İKİNCİ DÖVRƏSİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Nicat” Peşəkar Futbol Klubunun və AFFA-nın təşkilatçılığı ilə Bakı, Sumqayıt və Abşeron rayonu bələdiyyələri arasında futbol turnirinin ikinci dövrəsinə yekun vurulmuşdur. Üç yaş qrupu üzrə keçirilən birincilikdə 34 komanda mübarizə aparır.
1992-93-cü il təvəllüdlü yeniyetmələrin yarışında altı turdan sonra A qrupunda Səbail, B qrupunda isə Pirallahı bələdiyyələri birinci yer tutmuşlar.
1990-91-ci il təvəllüdlü futbolçular arasında isə A və B qruplarının qalibləri, müvafiq olaraq, Şüvəlan bələdiyyəsinin komandası və “Banişevski” futbol klubu olmuşlar.
1990-cı il təvəllüdlü və daha yaşlı futbolçuların birinciliyində isə A qrupunda Yeni Suraxanı bələdiyyəsinin, B qrupunda H.Z.Tağıyev qəsəbəsi bələdiyyəsinin komandaları ikinci dövrəni lider kimi başa vurmuşlar.
Qeyd edək ki, Türkan bələdiyyəsinin komandası üçüncü dövrədə iştirakdan imtina etdiyinə görə, yarışlardan çıxarılmışdır.
Turnirin üçüncü dövrəsinə fevralda start veriləcəkdir.