ELM VƏ TƏHSİL
BANM-ın uğurlu təcrübəsindən yeni yaradılmış İnformasiya Texnologiyaları Universitetinin quruculuğunda istifadə olunacaqdır
Bakı, 19 fevral (AZƏRTAC). Bakı Ali Neft Məktəbinin uğurlu təcrübəsindən yeni yaradılmış İnformasiya Texnologiyaları Universitetinin quruculuğunda istifadə olunacaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Ali Neft Məktəbində (BANM) tələbələrlə görüşü zamanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov demişdir.
Ə.Abbasov vurğulamışdır ki, Azərbaycanın ən reytinqli ali təhsil müəssisəsi olan BANM-da dərslər müasir standartlara uyğun tədris olunur. Buna görə də İKT-nin inkişafına əhəmiyyətli təsir göstərəcək İnformasiya Texnologiyaları Universitetinin BANM ilə əlaqələri daha geniş və səmərəli olacaqdır.