ELM VƏ TƏHSİL


BDU Türkiyənin Nəcməddin Ərbakan Universiteti ilə əməkdaşlıq edəcək

Bakı, 23 iyun, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və Türkiyə Respublikasının Nəcməddin Ərbakan Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Nəcməddin Ərbakan Universitetinin rektoru Cem Zorlu imzalayıblar.

Memoranduma əsasən tərəflər qarşılıqlı maraq doğuran tədqiqat, təhsil və tədris proqramları sahəsində birbaşa əməkdaşlığın qurulmasına yardım göstərəcəklər. Sənəddə tələbə, akademik və inzibati heyətin mübadiləsi, birgə seminarların, tədris proqramlarının təşkili, ortaq elmi-tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi öz əksini tapıb.

Qeyd edək ki, 2010-cu ildə yaradılan Nəcməddin Ərbakan Universiteti Konya şəhərində yerləşən üç dövlət universitetindən biridir. Universitetin 20 fakültəsi, 8 peşə məktəbi, 34 elmi-tədqiqat mərkəzi, 4 institutu, xarici dil kolleci, Türk Musiqisi Konservatoriyası var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.