ELM VƏ TƏHSİL
BDU aliminin həmmüəllif olduğu məqalə “Microorganisms” jurnalında dərc edilib
Bakı, 17 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən professor Rövşən Xəlilov, AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynovanın İran və Almaniyadan tanınmış alimlərlə həmmüəllif olduqları “SARS-CoV-2 üçün identifikasiya üsullarının hərtərəfli icmalı” (“A Comprehensive Review of Detection Methods for SARS-CoV-2”) adlı məqalə impakt faktoru 4,152 olan “Microorganisms” jurnalında dərc olunub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, məqalədə SARS-CoV-2-nin müxtəlif identifikasiya prinsipləri, üstünlükləri və erkən, eyni zamanda, sürətli aşkarlanması üçün potensial üsullar öz əksini tapıb.