ELM VƏ TƏHSİL
BDU-da 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş sərgi
Bakı, 25 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş sərgi təşkil edilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş ölkəmizdə ordu quruculuğunu, hərb tariximizi əks etdirən kitablar və dövri mətbuat materialları nümayiş olunur.
Sərgidə ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətləri, Ulu Öndərin siyasi kursunu davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasətinin uğurlu nəticələri, 44 günlük Vətən müharibəsi zamanı müzəffər Ordumuzun keçdiyi şərəfli döyüş yolu haqqında yeni nəşrlər təqdim edilib. Sərgidə 100-ə yaxın ədəbiyyat nümayiş etdirilir.