ELM VƏ TƏHSİL


BDU-da bakteriyaların antibiotiklərə davamlığına qarsı əksfikirli amillərlə bağlı araşdırmalar davam edir

Bakı, 5 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri professor Xudaverdi Qənbərovun həmmüəllifi olduğu “Bakteriyaların antibiotiklərə davamlığına qarsı əksfikirli amillər” adlı məqalə “Web of Sience” bazasinda indekslənən “Current Pharmaceutical Biotechnology” jurnalında dərc olunub:

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Bütün dünyada bakteriyaların antibiotiklərə davamlığının kəskin surətdə artması müşahidə olunur və bu, cəmiyyətin sağlamlığı üçün ciddi təhlükə yaradır. Antibiotiklərə davamlıq, ilk növbədə, yoluxucu xəstəliklərin və ölüm hallarının artması, eləcə də müalicədə çoxlu antibiotiklərin istifadəsi ilə bağlıdır. Əksfikirli texnologiya genlərin transkripsiyasına və ekspressiyasına mane olan oliqonüleotidlərə əsaslanır. Oliqonüleotidlər antibiotiklərə davamlı olan bakteriyalara qarsı mübarizədə istifadə oluna bilər. Belə oliqonükleotidlərə, ilk növbədə, peptidli nüklein turşularını, fosfordiamidatlı morfolinoliqomerləri və qapalı nüklein turşularını aid etmək olar. Məqalədə yuxarıda göstərilən oliqonükleotidlər bakteriyalara davamlılıq verən genlərin hədəfi kimi göstərilir. Belə ki, oliqonükleotidlər müvafiq geni parçalayaraq bakteriyaların inkişafının tormozlanmasına səbəb olur. Bu nəticələr yoluxucu xəstəliklərin müalicəsində yeni perspektivlər açır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.