BDU-da bioloji aktiv dipeptidlərin modelləşdirilməsi üzrə tədqiqatlar aparılır
AzerTAg.az

Bakı, 17 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin aparıcı elmi işçisi Gülnara Haqverdiyevanın “Val-Trp dipeptidinin struktur analizi: Molekulyar mexanika və DFT hesablamaları” (Structural analysis of Val-Trp dipeptide: Molecular mechanics and DFT calculations) adlı məqaləsində bioloji aktiv Val-Trp dipeptidi istifadə edilməklə tədqiq olunub. Molekulyar mexanika metodu ilə bu molekulun nəzəri cəhətdən mümkün açıq və bükülü quruluşları üçün iki konformasiya tapılıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, Val-Trp dipeptidinin ən stabil konformasiyaları 6-31+G(d,p) metodu ilə DFT/B3LYP nəzəriyyəsindən istifadə edilərək optimallaşdırılıb. Molekulun həndəsi parametrləri, enerji parametrləri, elektron xassələri, molekulyar elektrostatik potensial (MEP) xəritəsi, HOMO və LUMO enerjiləri, kimyəvi reaktivlik deskriptorları, elektrik dipol momenti və polyarlaşma qabiliyyəti kimi qeyri-xətti optik xassələri nəzəri metodla tədqiq edilib və molekulun optimallaşdırılmış açıq və bükülü quruluşları müqayisə olunub.
Məqalə “Web of Science” bazasında indekslənən “Bulletin of the Chemical Society of Ethiopia” jurnalında yer alıb.
Xəbərin mətnində orfoqrafik səhv var