ELM VƏ TƏHSİL
BDU-nun Mexanika-riyaziyyat fakültəsində növbəti elmi seminar
Bakı, 20 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində “Diferensial daxilolmalar üçün ekstremal məsələdə yüksək tərtibli cərimə haqqında” mövzusunda onlayn elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda fakültənin dekanı Nizaməddin İsgəndərov optimal idarəetmə və variasiya məsələlərinin təbiətdə və cəmiyyət həyatının müxtəlif sahələrində tətbiqi məsələlərinin əhəmiyyətindən danışıb.
Sonra İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Sadıqov “Diferensial daxilolmalar üçün ekstremal məsələdə yüksək tərtibli cərimə haqqında” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə diferensial daxilolmanın həllinin ekstremal məsələlərdə yüksək tərtibli dəqiq cərimə teoremləri müzakirə edilib.
Elmi seminarda professorlar Sadiq Abdullayev, Əli Əhmədov, Nizaməddin İsgəndərov, Hamlet Quliyev və başqalarının mövzu ətrafında çıxışları dinlənilib.