İQTİSADİYYAT
BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASI BTC-YƏ VƏSAİT AYIRIR
AZƏRBAYCAN “AZƏRİ-ÇIRAQ-GÜNƏŞLİ” LAYİHƏSİNDƏN 20 İL ƏRZİNDƏ AZI 29 MİLYARD DOLLAR GƏLİR GÖTÜRƏCƏK
BMK-nın məlumatında deyilir ki, ”Azəri-Çıraq-Günəşli” layihəsinin işlənilməsi nəticəsində - 2004-cü ilin axırlarından başlayaraq, 20 il ərzində Azərbaycan (neftin 1 barrelinin qiyməti 16 dollar hesabı ilə götürüldükdə) 29 milyard dollar gəlir əldə edəcəkdir. Gürcüstanın gəliri tranzit rüsumu hesabına təxminən 500 milyon dollar, Türkiyənin gəliri isə 1,5 milyard dollar təşkil edəcəkdir. Korporasiyanın rəyinə görə, BTC-nin inşa mərhələsi ərzində 10 min iş yeri, kəmər işə düşdükdən sonra 850 iş yeri yaradılacaqdır. Əsas ixrac boru kəməri ətrafında yaranacaq və layihə ilə bilavasitə bağlı olmayan iqtisadi fəaliyyət də əlavə iş yerlərinin yaradılacağını vəd edir.
Dünya Bankının Neft, qaz, mədən və kimyəvi məmulatlar departamentinin direktoru Rəşad Qaldaninin sözlərinə görə, adı çəkilən layihələr qeyri-adi şəffaflıq şəraitində həyata keçirilir. Belə ki, onlarla bağlı hökumətdaxili, hökumətlərarası və digər razılaşmalar ictimaiyyətə açıqlanır.
Dünya Bankının nümayəndəsi kəmərin marşrutu barədə bildirmişdir ki, ətraf mühitin qorunması, xüsusilə də Gürcüstanın Borjomi ərazisi ilə bağlı ifadə edilən narahatlığı nəzərə alan Beynəlxalq Maliyyə Korporasiyası müstəqil mütəxəssislərlə birgə məsələni diqqətlə öyrənmişdir. Onlar təsdiqləmişlər ki, ixrac boru kəməri üçün seçilmiş marşrut hər baxımdan ən əlverişlisidir.