İQTİSADİYYAT
BEYNƏLXALQ SERTİFİKATLAR VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbiri mərkəzin direktoru Xaliq Məmmədov açaraq bildirmişdir ki, 2003-cü il sentyabrın 6-8-də İqtisadi İnkişaf Nazirliyi Yeyinti Məhsullarının Təhlükəsizliyi və Keyfiyyəti üzrə Beynəlxalq İnstitutla birlikdə təlim kursları təşkil etmişdi. Həmin kursda nazirliyin, “Caspian Fişh Co Azerbaijan”, “Xəzərbalıq” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin və “Kaspi” Azərbaycan Balıq Sənaye Kompaniyasının əməkdaşları iştirak etmişlər. Bu kursların əsas məqsədi balıq və digər dəniz məhsullarının emalı müəssisələrində keyfiyyət sisteminin tətbiqi, formalaşdırılması və idarə edilməsinin nəzəri-praktik sahələrini öyrətmək olmuşdur. Bu sahədə Azərbaycanın 6 vətəndaşı beynəlxalq sertifikat almışdır. Bugünkü tədbirdə həmin sertifikatlar təqdim olunur.
Həmin sertifikatları alan Azərbaycan vətəndaşlarına beynəlxalq aləmdə, dünyanın hər hansı ölkəsində balıq və digər dəniz məhsullarının emalı müəssisələrində keyfiyyət sistemini tətbiq etmək hüququ verilir.
Tədbirdə qeyd olundu ki, bu cür təlim kursu Azərbaycanda ilk dəfədir ki, keçirilir. Gələcəkdə bütün yeyinti məhsulları istehsalı üzrə belə kurslar təşkil etmək nəzərdə tutulur. Belə tədbirlərin keçirilməsi yeyinti məhsullarının emalı və ixracı üzrə sahibkarlığın inkişafında və əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacaqdır.