İQTİSADİYYAT
BFB MDB-nin Beynəlxalq Birjalar Assosiasiyasının Özbəkistanda illik görüşündə iştirak edib
Bakı, 29 noyabr, AZƏRTAC
Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin rəhbəri Eldar Abdullayev Daşkənd şəhərində Müstəqil Dövlətlər Birliyinin Beynəlxalq Birjalar Assosiasiyasına üzv olan dövlət birjalarının iştirakı ilə illik görüşə, eləcə də II Beynəlxalq Maliyyə-Bank Forumunun plenar iclasına qatılıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində Müstəqil Dövlətlər Birliyinin Beynəlxalq Birjalar Assosiasiyasına üzv birjalarının gələcək inkişafı və ölkələr ərazisində birja ticarətinin aktual məsələləri, iştirakçı ölkələrin qanunvericiliyinin uyğunlaşdırılmasına xüsusi diqqət yetirilməsi, o cümlədən maliyyə alətləri üçün ümumi bazarların formalaşmasına yanaşmaların tətbiqi geniş müzakirə olunub.
Qeyd edək ki, Bakı Fond Birjası 2019-cu il tarixindən Müstəqil Dövlətlər Birliyinin Beynəlxalq Birjalar Assosiasiyasının üzvüdür.