DÜNYA


BMT Şimali Koreyanı bütün oğurlanan vətəndaşları qaytarmağa çağıran qətnamə qəbul edib

Tokio, 23 mart, AZƏRTAC 

BMT-nin İnsan Haqları Şurası Şimali Koreyanı pisləyən qətnamə qəbul edib.

AZƏRTAC Yaponiya KİV-nə istinadla xəbər verir ki, həmin sənəd Şimali Koreyanı həm də oğurlanan Yaponiya və digər ölkələrin vətəndaşlarını vətənlərinə qaytarmağa çağırır.

Sənəd BMT-nin Cenevrə şəhərində yerləşən Avropa mənzil-qərargahında keçirilən görüş zamanı qəbul edilib. Qətnamə müzakirəyə Avropa İttifaqı (Aİ) tərəfindən təqdim edilib və burada Şimali Koreya qətllərdə, işgəncələrdə, seksual zorakılıqda və məcburi azadlıqdan mərhum etmədə ittiham edilir. Sənəd, həmçinin Şimali Koreya tərəfindən saxlanılan xarici vətəndaşların qaytarılmasını tələb edir.

Son 11 ildə Şimali Koreyanı insan hüquqları sahəsində vəziyyəti yaxşılaşdırmağa çağıran müvafiq qətnamələr dəfələrlə Yaponiya və Aİ tərəfindən birlikdə İnsan Haqları Şurasının müzakirəsinə çıxarılıb.

Cari ildə Yaponiya bu qətnaməni dəstəkləsə də, Pxenyanın problemi həll etmək məqsədilə dialoqa açıq olacağına ümid edərək, onun təşəbbüskarlarından biri kimi çıxış etməkdən imtina edib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.