DÜNYA
BMT-nin Baş katibi ilin sonunadək dünya əhalisinin 40 faizinin peyvənd olunmasına çağırıb
Bakı, 17 dekabr, AZƏRTAC
İlin sonuna qədər dünya əhalisinin 40 faizinin koronavirus əleyhinə peyvənd olunması üzrə qarşıya qoyulan məqsədin yerinə yetirilməsi üçün maksimim səylər göstərilməlidir.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş deyib. “Bütün ölkələr, əsasən də məsuliyyət potensialı olan dövlətlər böyük irəliləyiş əldə etmək üçün yaxın günlərdə konkret tədbirlər görməlidir”, - deyə Baş katib bildirib.
Hazırda 98 ölkənin Ümumdünya Səhiyyə Təşkilatının qoyduğu hədəfə hələ çatmalı olduğunu vurğulayan BMT-nin Baş katibi 40 ölkədə isə əhalinin hətta 10 faizinin peyvənd olunmadığını qeyd edib. O, bunu bir sıra ölkələrin vaksin millətçiliyi strategiyası, yaxud vaksin diplomatiyası strategiyası ilə əlaqələndirib.
Antoniu Quterreş Ümumdünya Səhiyyə Təşkilatının gələn ilin ortalarına qədər dünya əhalisinin 70 faizinin peyvənd olunmasının təmin edilməsi üzrə növbəti hədəfinə nail olmaq üçün səylərin vacibliyini də xatırladıb.