Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

BMT-nin Cenevrə bölməsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib VİDEO

Cenevrə, 28 may, AZƏRTAC

Mayın 28-də Cenevrədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən təşkil olunan tədbirdə Cenevrədə yerləşən BMT qurumlarının nümayəndələri, şəhərdə akkreditə olunmuş diplomatik korpusun üzvləri, İsveçrə rəsmiləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov tədbiri giriş sözü ilə açıb. Səfir qeyd edib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü ölkəmizdə on milyon vətəndaş və ölkə hüdudlarından kənarda yaşayan milyonlarla soydaşımız tərəfindən təntənə ilə qeyd olunur.

Azərbaycanın qədim dövlətçilik ənənələrinə malik olduğunu diqqətə çatdıran V.Sadıqov ən qədim dövrlərdə Azərbaycan ərazisində müxtəlif dövlətlərin təşəkkül tapdığını və zərdüştilik və xristianlıq kimi dinlərin yayıldığını diqqətə çatdırıb. Bildirilib ki, eramızın VIII əsrindən etibarən İslam dini Azərbaycan ərazisində hakim dinə çevrilib və Xilafətin zəifləməsi ilə ilk Azərbaycan dövlətləri meydana çıxıb. XVI əsrdə Şah İsmayıl Xətainin qurduğu Səfəvilər imperiyası dövründə Azərbaycan dövlətinin sahəsi geniş əraziləri əhatə edib, işlək idarəçilik mexanizmləri qurulub və Azərbaycan dili dövlət dili elan edilib. Xanlıqlar dövründə zəif düşən Azərbaycan iki böyük imperiya - Rusiya və İran arasında bölüşdürülsə də, XX əsrin əvvəlində dünyada və regionda baş verən hadisələr Azərbaycan xalqının öz milli dövlətini qurması üçün imkanlar açdı.

1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika olmaqla, müstəqillik idealları ilə uğurlu bir yola çıxdı. Qısa müddət ərzində ölkədə bütün vətəndaşlara dini, etnik, irqi və sinfi fərq qoymadan bərabər hüquqlar, Şərqdə ilk dəfə olaraq qadınlara seçki hüququ verildi.

Səfir qeyd edib ki, 1919-cu ildə Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya göndərilən Azərbaycan parlament nümayəndə heyəti burada Azərbaycanın müstəqil dövlət kimi tanınmasına nail oldu. Bildirilib ki, BMT-nin Cenevrə bölməsinin kitabxanasında Millətlər Liqasının arxivi yerləşir və burada Azərbaycana aid 36 min səhifəni əhatə edən orijinal sənədlər saxlanılır. Səfir bu sənədlərin rəqəmsal surətlərinin hazırlandığı bir layihənin başa çatması üçün BMT-nin Cenevrə bölməsinin rəhbərliyinə minnətdarlığını ifadə edib.

Daxili və xarici dəyişikliklər fonunda qısa müddət ərzində bir çox uğurlara imza atan gənc Azərbaycan dövlətinin şanlı salnaməsi Azərbaycan xalqının tarixində silinməz izlər buraxıb. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin xələfi elan etməklə, onun dövlət atributlarını qəbul etdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında müstəqil, suveren və demokratik bir ölkə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını gerçəkləşdirir. Müstəqilliyin ilk illərində çoxsaylı siyasi və iqtisadi problemlərə baxmayaraq, Azərbaycan özünü güclü və dinamik bir dövlət halına gətirib, qonşuları və bütün beynəlxalq ictimaiyyət üçün etibarlı tərəfdaşa çevrilib.

Azərbaycanın beynəlxalq sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasına mühüm töhfələr verdiyini diqqətə çatdıran V.Sadıqov ölkəmizin beynəlxalq hüququn tələb etdiyi kimi, suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinə sadiq olduğunu ifadə edib. Ərazisinin 20 faizi işğal edilən və bir milyon qaçqın və məcburi köçkünə sahib bir ölkə olaraq Azərbaycan münaqişənin ən erkən həllində maraqlıdır.

Ötən il Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyinin qeyd olunduğunu xatırladan səfir ölkəmizin BMT-nin Azərbaycana davamlı dəstəyini yüksək qiymətləndirdiyini vurğulayıb və öz növbəsində, Azərbaycanın bu beynəlxalq təşkilatın Nizamnaməsinə olan möhkəm bağlılıq nümayiş etdirdiyini, onun fəaliyyətində aktiv iştirak etdiyini qeyd edib.

Sonra V.Sadıqov Bakının “Ekspo 2025" Ümumdünya Sərgisinin ev sahibliyinə namizədliyi ilə bağlı təqdimatla çıxış edib. O, Bakının təklif etdiyi mövzunu – “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” və Birləşmiş Millətlər Təşkilatının üç mühüm dayanıqlı inkişaf məqsədi – təhsil, səhiyyə və məşğulluq alt mövzuları barədə danışıb. Bu gün Bakının müxtəlif formatlı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini yada salan səfir “Ekspo 2025" Ümumdünya Sərgisinin Bakıda baş tutmasının beynəlxalq tədbirlərə ev sahibliyinin təbii və məntiqli davamı olacağını vurğulayıb. O, üzv dövlətləri bu ilin noyabr ayında Parisdə Beynəlxalq Sərgilər Bürosunun iclasında Bakının namizədliyini dəstəkləməyə çağırıb.

Çıxışdan sonra tədbir iştirakçılarına Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan, baş prodüseri Arzu Əliyeva olan “Əbədi ezamiyyət” sənədli filmi təqdim olunub. Tədbir çərçivəsində, həmçinin Azərbaycana həsr olunmuş fotosərgi də nümayiş etdirilib.

Sonda milli və Avropa mətbəxinin təamlarından ibarət ziyafət verilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə 

BMT-nin Cenevrə bölməsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər YENİLƏNƏCƏK VİDEO

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb