REGİONLAR
BMT-nin ali nümayəndəsi Füzuli rayonunda erməni barbarlığı ilə tanış olur
Füzuli, 22 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
İyunun 22-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinosun işğaldan azad olunmuş Füzuli rayonuna səfəri başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər iştirakçıları Qaraxanbəyli və Merdinli kəndlərində məscid və qəbiristanlıqda törədilmiş erməni barbarlığının izlərini öz gözləri ilə görüblər.
Sonra Füzuli şəhərində “Araz” qəzetinin redaksiyasının, Mədəniyyət Evinin, Məhəmməd Füzulinin heykəlinin, 1879-cu ildə inşa edilmiş məscidin olduğu əraziyə baxış olub. Hansı ki, bunların heç birindən əsər-əlamət qalmayıb, hamısı ermənilər tərəfindən dağıdılıb.
Qeyd edək ki, səfərin məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı həyata keçirilən vandalizmin, Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələri ilə tanış olmaqdır.
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini Azərbaycanın mədəniyyət naziri Anar Kərimov müşayiət edir.