İDMAN
“BMX Racing” idman növünün azarkeşləri üçün Bakıda hər cür şərait yaradılıb
Bakı, 5 iyun, AZƏRTAC
Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatını minlərə yerli və xarici azarkeş izləyir.
AZƏRTAC xəbər verir ki, Veloparkda BMX stadionunun ətrafında azarkeşlərin və turistlərin istirahəti üçün hər cür şərait yaradılıb. Qonaqlar yarışı tribunalarda rahat izləməklə yanaşı, stadionun ətrafında təşkil edilmiş əyləncə zonasında da dincələ bilirlər.
Bu zonada uşaqlar “face-art” (üzboyama) xidmətlərindən istifadə edirlər. Azarkeşlərə isə velosiped idmanına məxsus geyim və aksesuarlar, milli mətbəximizin təamları, müxtəlif içkilər, qəlyanaltılar təqdim olunur.
Tribunadan kənarda dincəlmək üçün istirahət guşələri yaradılıb. Dünya çempionatının talismanı Qafqaz bəbiri isə azarkeşlərə xoş anlar bəxş edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]
Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- 26.04.2024 [12:38]
Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb
- 26.04.2024 [11:53]
Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ
- 26.04.2024 [11:46]
Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub
- 26.04.2024 [11:24]
“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib
- 26.04.2024 [10:55]
“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm
- 26.04.2024 [10:34]