RƏSMİ XRONİKA
BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB TONİ BLEYERƏ
Hörmətli cənab Baş nazir,
Milli bayramınız - Kraliçanın təvəllüd günü münasibətilə Sizi və bütün xalqınızı təbrik edirəm.
Bu gün dost ölkələrimizin bir çox sahələrdə səmərəli əməkdaşlığı məmnunluq doğurur. Enerji sektoruna aid irimiqyaslı transmilli layihələrin gerçəkləşdirilməsi sahəsində birgə işimizin uğurlarını bu mənada xüsusi qeyd etmək istərdim.
Əmin olduğumu bildirirəm ki, biz bundan sonra da əməkdaşlığımızın dərinləşməsi, hərtərəfli inkişafı üçün səylərimizi davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 2 iyun 2006-cı il.