DÜNYA
BP-nin üçüncü rübdəki mənfəəti proqnozları üstələyib
Bakı, 30 oktyabr, AZƏRTAC
Bu ilin üçüncü rübündə BP şirkətinin xalis mənfəəti 3,84 milyard dollar olub.
AZƏRTAC BP-yə istinadla xəbər verir ki, şirkətin hesabat dövründəki faiz və vergisiz mənfəəti 6,72 milyard dollar təşkil edib.
Bu göstəricilərlə BP-nin üçüncü rübdəki mənfəəti proqnozları üstələyib. Belə ki, analitiklər qeyd edilən dövrdə şirkətin xalis mənfəətinin 2,32-3,23 milyard dollar aralığında, faiz və vergisiz mənfəətinin isə 5,46 milyard dollar olacağını proqnozlaşdırırdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]
Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb
- 10.05.2024 [13:26]