ELM VƏ TƏHSİL


BSU-da qış sessiyasına hazırlıqla bağlı qarşıda duran vəzifələr müzakirə olunub

Bakı, 30 noyabr, AZƏRTAC

Noyabrın 30-da Bakı Slavyan Universitetinin (BSU) Elmi Şurasının iclası keçirilib.

BSU-dan AZƏRTAC-a bildiriblər ki, iclasda qış sessiyasına hazırlıqla bağlı qarşıda duran vəzifələr, universitet kitabxanasının illik fəaliyyəti, elektron kitabxananın yaradılması ilə bağlı görülən işlər, tədris prosesinin tədris resursları ilə təminatı vəziyyəti, pedaqoji fakültənin bazasında yeni fakültələrin yaradılması, bakalavriat və magistratura səviyyələrində təcrübənin təşkili və digər gündəlikdə duran məsələlər müzakirə olunub.

BSU-nun rektoru Nurlana Əliyeva uğurlu fəaliyyətlərinə görə universitetin bir qrup professor və müəllimini, tələbəsini təbrik edib, onları sertifikat və təşəkkürnamə ilə mükafatlandırıb.

BSU nəzdində Məktəb-Lisey Kompleksi şagirdlərinə Çində “İpək yolu” elmi müsabiqəsində fərqlənmələri münasibətilə layiq görüldükləri medal və diplomlar təqdim olunub.

Rektor, eyni zamanda, bu ilin oktyabrında Parisdə “Uluslararası avropalı türklər və ikidillilik çalışmaları konqresi” mövzusunda keçirilən konfransda iştirak edən BSU-nun ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının müəllimləri dosent Ramidə Mirzəfərova, baş müəllimlər Suad Əfəndiyeva, Sevinc Əliyeva və Fatimə Hüseynovanı sertifikat almaları münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra cari məsələlərə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.