İDMAN


Badmintonçular arasında keçirilən respublika birinciliyinin qalibləri məlum olub

Bakı, 6 may, AZƏRTAC

Bakı şəhəri 1 saylı idman liseyində 2008-2009-cu təvəllüdlü badmintonçular arasında respublika birinciliyinə yekun vurulub.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, beş kateqoriya üzrə keçirilən turnirdə ümumilikdə 78 iştirakçı yarışıb. Turnirdə Bakı ilə yanaşı Gəncə və Siyəzəndən olan badmintonçular medallar uğrunda mübarizə aparıblar.

Birinci yeri oğlanlar arasında şəxsi yarışlarda Ülvi Hüseynov, qızlarda isə Əminə İsmayılova tutub. Oğlanlar arasında keçirilən qoşa yarışlarda Emil Akçurin, Ülvi Hüseynov cütlüyü fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qızlar arasında keçirilən yarışda Əminə İsmayılova, Nərmin Hüseynova cütlüyü, qarışıq qoşa yarışlarda isə Ülvi Hüseynov, Nərmin Hüseynova birinci yerə layiq görülüblər.

Sonda Azərbaycan Badminton Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən respublika birinciliyinin mükafatçıları diplom və medallarla təltif olunublar.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.