İDMAN
“Bakı-2017”: İraqın kişi həndbolçuları yarımfinala vəsiqə qazanıblar
Bakı, 11 may, G.Mahmudlu, B.Vəliyev, AZƏRTAC
Mayın 11-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçuların yarışının qrup mərhələsinin sonuncu turunda “B” qrupunda yer alan Mərakeş və İraq komandaları qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, hər iki komandanın aktivində bir qələbə olduğu üçün həndbolçular yarımfinala vəsiqə uğrunda gərgin mübarizə aparıblar. Görüşün ilk hissəsində Mərakeş həndbolçuları cüzi fərqlə qalib gəliblər - 11:10. Lakin ikinci yarıda üstünlüyü ələ alan İraq yığması hissəni 15:11 hesabı ilə başa vurub. Ümumi hesabda 25:22 hesabı ilə qələbə qazanan İraq yığması Oyunların yarımfinalına vəsiqəni təmin edib.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən qarşılaşmanı bəhreynli hakimlər briqadası idarə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]
Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- 26.04.2024 [12:38]
Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb
- 26.04.2024 [11:53]
Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ
- 26.04.2024 [11:46]