İQTİSADİYYAT
Bakı Ağ Şəhər oteli birinci Avropa Oyunları ərəfəsində istifadəyə veriləcək
Bakı, 12 avqust (AZƏRTAC). “Bakı Ağ Şəhər” layihəsinə daxil olan Bakı Ağ Şəhər otelinin tikintisi yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, hazırda Bakı Ağ Şəhərin Sahilyanı rayonunda yerləşən altımərtəbəli binada tamamlama və üzləmə işləri aparılır. Otel 818 otaqdan ibarət olmaqla, 90 min kvadratmetr sahəyə malikdir.
Layihə “Paşa Construction” şirkəti tərəfindən icra edilir.
Tikinti işlərinin 2015-ci ilin birinci rübündə, Bakıda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində başa çatdırılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]