ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbinin tələbəsi beynəlxalq olimpiadada diplomla təltif olunub
Bakı, 13 dekabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrindən ibarət dörd komanda bu ali məktəbin baş müəllimi Süleyman Süleymanzadənin rəhbərliyi ilə Gürcüstanda keçirilən beynəlxalq olimpiadada iştirak edib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, beynəlxalq olimpiadanın yarımfinalında 318 komanda mübarizə aparıb. Tbilisidəki Avropa Universitetində təşkil olunan olimpiadada yarışlar fərdi və komanda şəklində keçirilib. Beş saat davam edən yarışda dinamik proqramlaşdırma, qraf nəzəriyyəsi, hesablama geometriyası kimi 12 alqoritmik məsələnin həlli üzərində işlənilib.
Qafqaz regionu üzrə tələbələrin fərdi yarışmasında isə beş saat ərzində 5 müxtəlif alqoritmik məsələ üzərində işlənilib. BANM-in beşinci kurs tələbəsi Anar Piriyev fərdi yarışmada III dərəcəli diplomla təltif olunub.