Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakı Dövlət Universitetində səkkiz yeni ixtisas açılıb

Bakı Dövlət Universitetində səkkiz yeni ixtisas açılıb

Bakı, 29 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) tədrisin yenilənməsi və müasir standartlar əsasında qurulması, dövrün tələblərinə uyğun kadrlar hazırlanması istiqamətində aparılan fəaliyyətin tərkib hissəsi olaraq, 2020/2021-ci tədris ili üçün bakalavr və magistratura səviyyələri üzrə yeni ixtisas və ixtisaslaşmalar açılıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, bunlar bakalavr pilləsində biotexnologiya, su bioehtiyatları və akvakultura, turizm işinin təşkili, geomatika və geodeziya mühəndisliyi, yerquruluşu və daşınmaz əmlakın kadastrı, kitabxanaçılıq və informasiya fəaliyyəti, beynəlxalq ticarət və logistika ixtisasları, magistratura pilləsində ölkəşünaslıq (Rusiya üzrə) ixtisaslaşmasıdır. Yeni ixtisaslar həm də əmək bazarında tələbatın ödənilməsi zərurətindən yaradılıb.

Biotexnologiya ixtisası – biologiya və texnika sahələrinin kəsişməsində yerləşən elm sahəsidir, tibb, əczaçılıq və gen mühəndisliyini əhatə edir. Biotexnoloq, biotexnologiya alimləri – gen mühəndisliyi və texnoloji problemləri həll etmək üçün orqanizmlərdən istifadə üsulları ilə məşğuldurlar. Onların maraq dairələrinə süni seçim, klonlama, bioloji aktiv maddələrin və dərmanların yaradılması, çirkab sularının təmizlənməsi və istixana effektinin azalması daxildir. Bu ixtisas üzrə kosmetik və farmakoloji şirkətlərdə, özəl və dövlət tədqiqat laboratoriyalarında, təhsil müəssisələrində, qida, ekologiya, əczaçılıq, ətriyyat, baytarlıq, emal sənayelərində işləmək mümkündür.

Su bioehtiyatları və akvakultura ixtisası üzrə bakalavr təhsili alan tələbələr orqanizmin müxtəlifliyi və onların təbii birləşmələri, biosferin və ekosistemlərin struktur və funksional təşkili, bioloji müxtəlifliyin növləri sahələrində əsas bacarıqlara yiyələnirlər. Həmçinin balıqların sistematikası, daxili və xarici quruluşu, qidalanması, yemləndirilməsi, çoxaldılma üsulları kimi biliklər əldə edirlər. Bu ixtisas suda yaşayan hidrobiontlar – balıqlar, xərçəngkimilər və onların qidalandıqları plankton, nekton və bentos orqanizmlərinin yayılmasını, biologiyasını və ekologiyasını öyrənən sahədir. Bu istiqamətdə Azərbaycanda və digər ölkələrdə olan su hövzələrinin xüsusiyyətlərini, onlarda yaşayan canlı orqanizmlər qrupunu da öyrənmək mümkündür. Adıçəkilən ixtisas üzrə məzun olan tələbələr müxtəlif araşdırma mərkəzlərində, elmi-tədqiqat institutlarında, ixtisas üzrə təhsil müəssisələrində, balıqların çoxaldılması ilə məşğul olan qurumlarda işləyə bilərlər.

Turizm işinin təşkili ixtisası turizm iqtisadiyyatını araşdırır, turizm firmalarının, otellərin fəaliyyətini öyrənir. İxtisasın əsas məqsədi turizm sənayesi üçün müştəri xidmətləri, satış və idarəetmə mövzularında müasir dövrün tələblərinə uyğun nəzəri və təcrübi biliklərə malik, həmçinin özündə qlobal turizm sənayesində baş verən dəyişiklikləri düzgün təhliletmə və uyğunlaşma bacarıqlarını cəmləşdirən kadrların hazırlanmasıdır. Turizm işinin təşkili ixtisasının məzunları turizm siyasətini həyata keçirən orqanlarda, ölkəmizdə və xaricdə fəaliyyət göstərən mehmanxana şəbəkələrində, turizm şirkətlərində, beynəlxalq turizm təşkilatlarında və s. çalışa bilərlər.

Geomatika və geodeziya mühəndisliyi ixtisası özündə iki mühəndisliyi birləşdirir. Geodeziya mühəndisliyi yerin formasını, relyefini, ölçülərini, seysmotektonik və texnogen hərəkətləri, onun üzərində tikilən bir çox mühəndis qurğularını, sənaye və mülki obyektlərin deformasiyalarının müşahidə metodlarını işləyir, onların proqnozlaşdırılması məsələlərini həll edir. Geomatika mühəndisliyi isə yerin distansiyadan tədqiqini həyata keçirir. Yerin topoqrafiya və tematik xəritələrini hazırlayır, obyektlərin koordinatlarını təyin edir. Bu ixtisas sahibləri torpaq və xəritəçəkmə fəaliyyətində, torpaqların istifadəyə və icarəyə verilməsinə aid, mühafizəsinə aid qurumlarda işləyə bilərlər.

Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisası torpaqlardan səmərəli istifadə, yararlı torpaqların artırılması, onların keyfiyyətcə yaxşılaşdırılması, torpaq üzərində tikilən bütün daşınmaz əmlakın texniki və hüquqi göstəricilərini öyrədir. Daşınmaz əmlak növlərinin qeydiyyatdan keçirilməsi də bura aiddir. Bu ixtisas sahibləri yerquruluşu və daşınmaz əmlakın kadastrını həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarında işləyə bilərlər.

Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasında təhsil alan tələbələr kitabxana-informasiya resurslarının qurulması və istifadəsi ilə bağlı xidmətlər göstərilməsi üzrə ixtisaslaşırlar. Müvafiq sahənin mütəxəssisləri respublikanın bütün kitabxana-informasiya müəssisələrində, elmi-texniki, xüsusi, kütləvi informasiya-resurs mərkəzlərində, kitabxanalarda çalışa bilərlər.

Beynəlxalq ticarət və logistika ixtisasına yiyələnən mütəxəssis beynəlxalq bazarları, ticarəti, xüsusilə beynəlxalq yükdaşımanı öyrənir, biliklərini biznesin müxtəlif sahələrində (beynəlxalq əlaqələr, logistika departamentlərində) tətbiq etmək bacarığına sahib olur. Bu sahədə ixtisaslaşmış kadr məhsulların uğurlu marketinqi üçün xarici bazarı araşdıra, rəqiblərin qiymətlərini təhlil edə bilir. Logist funksiyasını yerinə yetirərək malların daşınmasını təşkil edir, məhsulların hansı nəqliyyat və hansı marşrutla çatdırılmasına qərar verir. Beynəlxalq ticarət və logistika ixtisası üzrə şirkətlərdə, beynəlxalq təşkilatlarda və s. işləmək mümkündür.

Magistratura səviyyəsinin ölkəşünaslıq (Rusiya üzrə) ixtisaslaşmasını seçəcək bakalavrlar Rusiyanın ictimai-siyasi və sosial həyatının incəliklərini öyrənirlər. Həmçinin onlar Rusiyanın etnoqrafiyası, siyasi sistemi, sosial təhlükəsizliyi, tarixi, dini, mədəniyyəti barədə ətraflı bilgilər əldə edirlər. Bu ixtisaslaşma üzrə magistr dərəcəsi alan şəxslər universitetlərdə, dövlət qurumlarının beynəlxalq əlaqələr şöbələrində, diaspor təşkilatları ilə fəaliyyətlərdə mütəxəssis kimi, turizm agentliklərində, diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatlarda çalışa bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub