SİYASƏT


Bakı Şəhəri İcra Hakimiyyəti başçısının rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib

Tbilisi, 30 sentyabr, AZƏRTAC

Gürcüstanda səfərdə olan Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 30-da Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti abidə önünə əklil qoyub və Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad edib.

Eldar Əzizov bu gün, həmçinin Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanını ziyarət edib və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklil qoyub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısını Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları müşayiət ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.