MƏDƏNİYYƏT
Bakı Uşaq Teatrı beynəlxalq proqramda təmsil olunacaq
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Arzu Soltan tədbirdə Bakı Uşaq Teatrının həyata keçirdiyi müxtəlif layihələrlə bağlı təqdimatla çıxış edəcək, maraqlı ideyalar və yeni əməkdaşlıq təklifləri ilə bağlı danışıqlar aparacaq.
VACuM bu sahədə çalışan mütəxəssislər üçün təşkil olunan uzunmüddətli təlim proqramıdır. Proqrama Vişeqrad ölkələri (Polşa, Çexiya, Macarıstan, Slovakiya) və Avropa Şərq Tərəfdaşlığı ölkələrində bu sahədə çalışan mütəxəssislər dəvət olunub.
Proqram mədəniyyət siyasəti və idarəetmə sahəsində bilik və bacarıqların, eləcə də professional imkanların və idarəetmə bacarıqlarının inkişafına yönəlib. Məqsəd, həmçinin iştirakçının öz ölkəsində islahat proseslərinin hazırlanmasında fəal rol oynamağa, yenilikçi və səmərəli üsullarından istifadə etməyə cəlb etməkdir.
Layihə Avropa mədəni mübadilə şəbəkələrinin genişlənməsinə xidmət etməyi hədəf götürüb.