İQTİSADİYYAT


Bakıda Azərbaycan-Macarıstan Kənd Təsərrüfatı Biznes Forumu keçirilir VİDEO

Bakı, 16 dekabr, AZƏRTAC

Bakıda Azərbaycan-Macarıstan Kənd Təsərrüfatı Biznes Forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda dayanıqlı kənd təsərrüfatı sisteminin qurulduğunu, kənd təsərrüfatında rəqəmsallaşma proseslərinə başlanıldığını bildirib. Macarıstanla aqrar sahədə əməkdaşlığın hər iki dövlət üçün fayda verəcəyini vurğulayan nazir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Macarıstan şirkətlərinin də iştirakı üçün imkanların olduğunu deyib.

İnam Kərimov bildirib ki, azad olunmuş ərazilərdə yeni investisiya mühiti yaradılacaq, eyni zamanda, şirkətlər üçün vergi güzəştləri və kənd təsərrüfatı sahəsində subsidiyalar nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.