Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda Azərbaycan və Moldova həmkarlar ittifaqları fəalları üçün beynəlxalq treninq keçirilib

Bakı, 8 may, Nəriman Həsənov, AZƏRTAC

Mayın 8-də Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə “Regionda həmkarlar ittifaqı üçün Dayanıqlı İnkişaf Məqsədlərində layiqli əmək üzrə BƏT proqramının qiymətləndirilməsi” mövzusunda beynəlxalq treninq keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK ) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan və Moldova həmkarlar ittifaqları arasında səmərəli əməkdaşlıq əlaqələrindən danışıb.

S.Möhbalıyev bildirib ki, ölkələrimiz arasında dostluq, əməkdaşlıq və qardaşlıq münasibətləri bütün sahələrdə inkişaf etdiyi kimi, həmkarlar ittifaqları sistemində də özünü göstərməkdədir. Bu münasibətlərin davamlılığı və yaranmış inam iki ölkə həmkarlar ittifaqının və əməkçilərin xeyrinə olmaqla yanaşı, uzun illərdir ki, sıx əlaqələrin qurulmasına xidmət edir. AHİK ilə Moldova Milli Həmkarlar İttifaqı Konfederasiyası arasında yaranmış sağlam iş birliyi işçilərin sosial və hüquqi mənafeyinin müdafiəsi istiqamətində müsbət nəticələr əldə etmək üçün geniş imkanlar yaradır.

Sədr bildirib ki, nümayəndələrin qarşılıqlı səfərləri, təcrübə mübadilələri aparmaları, təlim kurslarının, görüşlərin və digər birgə tədbirlərin keçirilməsi əməkdaşlıq üçün yüksək zəmin yaradıb. Ötən ilin oktyabr ayında Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində “Dayanıqlı inkişafın məqsədlərinin həmkarlar ittifaqları üçün əhəmiyyəti nədir?” mövzusunda keçirilən regional konfransda AHİK-in nümayəndə heyəti də iştirak edib. Ona görə də hesab edirəm ki, bugünkü görüş əməkdaşlığımız üçün əlavə təcrübə mübadiləsi nöqteyi-nəzərindən geniş imkanlar yaradır.

Beynəlxalq Əmək Təşkilatı Azərbaycan və Moldova həmkarlar ittifaqlarının Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində apardıqları səmərəli işləri yüksək qiymətləndirib və onları prioritet ölkə seçiblər. Hər iki respublika “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi” razılaşmasına qoşulub. Dayanıqlı İnkişaf Məqsədləri adlanan bu razılaşma BMT-yə üzv olan dövlətlərin 2015-ci il 25-27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində təsdiqlənib və rəsmi olaraq 2016-cı ilin yanvarından qüvvəyə minib.

Azərbaycan həmkarlar ittifaqları da dayanıqlı inkişaf üçün özəl sektorla daha sıx əməkdaşlıq qurulmasına, əmək şəraitinin yaxşılaşdırılmasına çalışır.

S.Möhbalıyev deyib: “Biz sosial tərəfdaşlarımızla bərabər bu istiqamətdə konkret addımlar atmışıq. Tərəfimizdən 8 istiqamət üzrə konsepsiya qəbul edilib və onun icrasına başlanılıb. Bu zaman nəzərə alınıb ki, Beynəlxalq Əmək Təşkilatı davamlı inkişaf sahəsində səkkizinci məqsədə çatmaq üçün tam və məhsuldar məşğulluq və layiqli işi, cins fərqi qoyulmadan bərabər dəyəri olan əmək üçün bərabər əməkhaqqı ilə təminatı, gənclər arasında işsizliyin aradan qaldırılmasını, uşaq əməyinin bütün formalarına son qoyulmasını, qeyri-formal iqtisadiyyatın nizamlanmasını, sahibkarlığın stimullaşdırılmasını, əmək hüquqlarının qorunmasını, etibarlı və təhlükəsiz iş şəraitinin yaradılmasını, əmək miqrasiyası məsələlərini əsas prioritet kimi qeyd edir”.

Vurğulanıb ki, ölkədə dayanıqlı inkişafa dəstək vermək üçün sosial-iqtisadi siyasətin razılaşdırılmış ümumi prinsiplərinin müəyyənləşdirilməsi, sosial-əmək münasibətlərinin tənzimlənməsi, sosial sabitliyi qorumaq üçün sosial dialoqun inkişaf etdirməsi xüsusi əhəmiyyət daşıyır. Bu məsələlərin həyata keçirilməsində Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya xüsusi əhəmiyyət kəsb edir.

Sosial tərəfdaşların məqsədyönlü fəaliyyətini istiqamətləndirən bu komissiya sosial tərəfdaşlıq münasibətləri çərçivəsində baxılan məsələləri yeni, daha yüksək müstəviyə çıxararaq, BƏT-in Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində səmərəli rol oynayır. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, yerli hakimiyyət orqanları, işəgötürənlər və digər maraqlı tərəflərlə əməkdaşlığa üstünlük verilir.

AHİK BƏT-in təşkilatçılığı ilə son iki ildə 13-dən çox beynəlxalq tədbir keçirib. Tədbirlər təkcə Bakını deyil, həm də respublikanın 5 regionunu əhatə edib. “BƏT-in 204 saylı tövsiyəsinin izahı və tətbiq olunması, qeyri-formal iqtisadiyyat sahəsində həmkarlar ittifaqlarının siyasəti”, “Dayanıqlı inkişaf: Həmkarlar ittifaqlarının vəzifələri və perspektivləri”, “Dünyamızın transformasiyası”, “Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu”, “Əməyin gələcək sferası, dayanıqlı inkişaf, həmkarlar ittifaqlarının vəzifə və perspektivləri”, “Beynəlxalq Əmək Təşkilatı: 2030 Dayanıqlı İnkişaf Məqsədləri”, “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” və digər mövzular ətrafında sosial tərəfdaşların iştirakı ilə müzakirələr aparılıb.

Həmkarlar ittifaqlarının maraq dairəsinə daxil olan Dayanıqlı İnkişaf Məqsədlərinin 8-ci məqsədində nəzərdə tutulan məsələlərin icrasının fasiləsiz və davamlı şəkildə həyata keçirilməsi ölkələrin rəhbərliyi ilə cəmiyyət arasında inam və etimad mühitini formalaşdıran əsas amillərdən biridir. Hakimiyyətlə xalq arasında anlaşma və etimad məsələsində ölkəmizin dünya reytinqlərində ən yüksək pillələri tutması məhz sosial siyasətin dəqiqliyi və əhatəliliyi hesabına əldə olunmuş nəticədir. Bu ilin əvvəlində ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində əməkhaqqı, pensiya və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin gücləndirilməsi, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım və pensiya sisteminin təkmilləşdirilməsi Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının bir hissəsidir. Ölkədə sosial sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün təkcə son 15 ildə maaşların 7, pensiyaların 9 dəfədən çox, o cümlədən minimum əməkhaqqının 14 dəfə artırıldığına nəzər salmaq kifayətdir.

Minimum əməkhaqqının ölkə üzrə aylıq əməkhaqqının 60 faizə çatdırılması həm də Dəyişdirilmiş Avropa Sosial Xartiyasının əsas tələblərindən biridir. Bu məsələ respublikamızda qəbul edilən bir neçə dövlət proqramında da öz əksini tapıb. Ölkə Prezidentinin minimum əməkhaqqının yaşayış minimumu məbləği ilə bərabərləşdirilməsi barədə imzaladığı Sərəncam bu məsələnin həllinə yeni imkanlar açıb. Sərəncama əsasən, martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqının 180 manat müəyyən edilməsi 600 min nəfər çalışanın əməkhaqqının artması deməkdir.

AHİK sədri bildirib ki, davamlı inkişaf sahəsində qlobal miqyasda tədbirlər nəzərdə tutulsa da, hər bir dövlətin nailiyyət qazanması əsasən onların fəaliyyətindən və müəyyən etdikləri siyasətdən asılı olacaq. Burada Beynəlxalq Əmək Təşkilatının məsləhətləri balanslaşdırılmış və səmərəli siyasətin işlənib hazırlanmasına kömək edə bilər.

İkinci önəmli istiqamət, yəni, qlobal tərəfdaşlığın təmin edilməsi dayanıqlı inkişafa müsbət təsirini göstərə bilər.

Qloballaşma prosesləri, beynəlxalq siyasi-iqtisadi vəziyyət istər-istəməz məqsədlərin həyata keçirilməsində öz izini qoyacaq. Məhz BƏT-in dəstəyi ilə müxtəlif qlobal idarəetmə qruplarının imkanlarından istifadə etmək, onların bu məsələlərdə ölkələrlə əməkdaşlığına yardımçı olmaq da AHİK-in xeyrinə olardı.

Üçüncü istiqamət isə tərəfdaşlıq və fəaliyyət birliyinin təminatıdır. Sosial tərəfdaşlarla fəaliyyət istiqamətlərini təkmilləşdirməli və dünya təcrübəsindən bəhrələnməliyik. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsində BƏT-in yardımına ehtiyac var.

Daha sonra BƏT-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə İşçilərin Fəaliyyəti Bürosunun rəisi Serqius Qlovaskas, Moldova Milli Həmkarlar İttifaqları Konfederasiyasının sədri Oleq Budza, BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev çıxış ediblər.

Moldova Milli Həmkarlar İttifaqları Konfederasiyasının sədri Oleq Budza tədbirin əhəmiyyəti barədə çıxış edib. O bildirib ki, dünyada ölkələrin, şəhərlərin, müəssisələrin dəyişməsi, həmkarlar ittifaqlarının qarşısında mərhələli dayanıqlı inkişaf planları qoyur. Cəmiyyətin yeni məqsəd və vəzifələri isə kompleks xarakter daşıyır ki, bu da dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji komponentlərinin tarazlığını təmin etməlidir. Müasir dövrün bu aktual məsələsi həmkarlar ittifaqlarının fəaliyyətinin əsas istiqamətlərindən olmalıdır.

BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi ilə bağlı dövlət proqramlarının qəbul olunması və müvəffəqiyyətlə həyata keçirilməsi barədə konfrans iştirakçılarına məlumat verib. Y.Həmzəyev yüksək peşəkarlıqla hazırlanan bu proqramların əhalinin iqtisadi fəallığını stimullaşdırdığını, yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, Azərbaycanın regionlarının hərtərəfli tərəqqisinə yol açdığını bildirib.

Sonra AHİK-lə Moldova və Albaniya Həmkarlar İttifaqları Konfederasiyası arasında ikitərəfli əməkdaşlıq üzrə müqavilələr imzalanıb.

Konfrans mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər YENİLƏNƏCƏK VİDEO

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib VİDEO

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək