İQTİSADİYYAT


Bakıda “Fintex Summit” - Maliyyə və Texnologiyalar Sərgisi keçirilir

Bakı, 16 iyun, AZƏRTAC

İyunun 16-da Bakıda “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə “Fintex Summit” - Maliyyə və Texnologiyalar Sərgisi işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbir “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər İnnovativ Həllər, Fintexlər və Təhlükəsizlik” mövzusuna həsr olunub.

Tədbirdə müzakirələr 8 panel çərçivəsində aparılacaq və 60 məruzəçi, 120 şirkət iştirak edir.

Qeyd edək ki, sammit ölkənin maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərinin, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmenti, yerli və xarici biznes, həmçinin ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, akademik dairələrin nümayəndələri, maliyyə və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərdən iştirakçıları bir araya toplayan, regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.