Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda respublika konfransı keçirilib [YENİLƏNİB-2]

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-da Bakıda “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda gənclərin respublika konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan konfransda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın moderatoru, gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə 25 il ərzində dövlət gənclər və idman siyasəti sahələrində əldə olunmuş uğurlar, gənclər arasında vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik ideyalarının təbliği və vətəndaş cəmiyyətinin inkişafında gənclərin iştirakı məsələləri ilə bağlı müzakirələrin aparılacağını bildirib.

Konfransda çıxış edən Əli Həsənov Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təşkil olunan silsilə tədbirlərdə ötən dövrdə ölkəmizin keçdiyi sürətli inkişaf yolunun geniş müzakirə edildiyini diqqətə çatdırıb. Əli Həsənov bildirib ki, bu tədbirlərin ən əhəmiyyətlisi olan Heydər Əliyev Mərkəzindəki toplantıda Azərbaycanın 25 illik inkişafı ilə bağlı Prezident İlham Əliyevin proqram xarakterli, keçdiyimiz bütün inkişaf yolunu geniş təhlil edən, gələcək hədəflərimizi, prioritetlərimizi, siyasətimizin əsas istiqamətlərini müəyyənləşdirən çıxışını dinlədik. Həmin çıxışda Azərbaycan gəncliyinə və gənclər siyasətinə də geniş yer ayrılmışdı.

Müasir Azərbaycan gəncliyinin ölkəmizin müstəqillik tarixinin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayan Prezidentin köməkçisi bildirib ki, bu gün əhalinin fəal təbəqəsi kimi formalaşan Azərbaycan gəncləri respublikamızın inkişafı yolunda bizimlə birlikdə, çiyin-çiyinə addımlayırlar.

Bu gün Azərbaycan gənclərinin müxtəlif sahələrdə böyük uğurlar qazandıqlarını diqqətə çatdıran Əli Həsənov qeyd edib ki, bütün bunlar bizim gənclərimizin gələcəyinə böyük ümidlərlə baxmağımıza əsas verir. Müstəqilliyin əvvəllərindəki gəncliklə bugünkü Azərbaycan gəncliyinin vəziyyətini müqayisə edən Prezidentin köməkçisi deyib: “Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan gəncliyi ambisiyalı insanların girovuna çevrilərək hakimiyyət uğrunda mübarizəyə cəlb olunmuşdu. Gənclik milli, sinfi və digər ideoloji baxışlarına görə bir-birinə qarşı qoyulmuşdu. O dövrdəki hakimiyyət və cəmiyyət qarşıdurmasının təməlində gənclər dayanırdı. Azərbaycan parlamentinin sədri seçilən ümummilli lider Heydər Əliyevin 1993-cü ilin avqustunda gənclərlə görüşündə ilk dəfə olaraq gəncliyin mövcud vəziyyəti, ölkənin gələcəyində gəncliyin təmsil olunmasının əsas prinsipləri müzakirə edildi. Həmin görüşün müsbət nəticələri oldu. Ulu öndər Heydər Əliyev Prezident seçildikdən sonra imzaladığı ilk fərmanlardan biri də Gənclər və İdman Nazirliyinin yaradılması ilə bağlı idi. Beləliklə, gənclər siyasəti faktiki olaraq, dövlətin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən birinə çevrildi”.

Sonrakı illərdə Azərbaycan gənclərinin qurultaylarının keçirildiyini, Gənclər Gününün təsis olunduğunu, bu sahədə dövlət proqramlarının, dövlət konsepsiyasının qəbul edildiyini, gənclər və idman siyasətinin dövlətin fəaliyyət istiqamətlərindən birinə çevrildiyini vurğulayan Prezidentin köməkçisi qeyd edib ki, 2003-cü ildən sonra ölkəmizdə gənclərin inkişafı istiqamətlərinə və bu sahədə əldə olunan uğurlara diqqət yetirsək, Azərbaycan dövlətinin qarşısında duran əsas sahələrdən birinin gənclər siyasəti olduğunu görə bilərik. Ötən dövrdə Azərbaycan dövlətinə, xalqına bağlı, milli-mənəvi dəyərlərimizi, dilimizi, adət-ənənələrimizi bilən, çiynini bu dövlətin yükünün altına verməyə hazır olan vətənpərvər nəsil yetişib. Vətənpərvər nəsil olmadan millətin iradəsindən, onun bütün sahələr üzrə siyasətinin uğurundan danışmaq olmaz.

“Ümummilli lider Heydər Əliyev həmişə deyirdi ki, təkcə milli ruhlu, vətənpərvər, iradəli gəncliklə dünyada böyük uğurlar qazana bilmərik. Azərbaycan gəncliyi dünyada müasir elmin, təhsilin, texnologiyanın, inkişafın əsas trendlərinə yiyələnməli, rəqabətə davamlı olmalıdır. Azərbaycan gəncliyi dünya gənclərinin bütün sahələr üzrə əldə etdiyi nailiyyətləri mənimsəməli və ölkəmizə gətirməlidir. Bu baxımdan ümummilli lider Heydər Əliyevin dövründən başlayan və sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən davam etdirilən Azərbaycan gənclərinin xaricdə təhsil alması siyasəti, dünyada mövcud yeniliklərə, müasir texnologiyalara yiyələnmək istiqamətində dövlətin verdiyi dəstək bu gün onu deməyə əsas verir ki, bizim gənclik bütün səviyyələrdə Azərbaycan dövlətini təmsil etməyə hazırdır və ölkəmizi uğurla təmsil edir”, - deyə Əli Həsənov vurğulayıb.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, müstəqillik dövründə yetişib formalaşan gənclər xarici dilləri, müasir texnologiyaları öyrənib, dünyada bütün texnoloji və innovativ nailiyyətlərə yiyələniblər. Biz bu gəncliklə gələcəyə ümidlə baxırıq. Bu gün dövlət quruculuğu sistemimizdə, qanunvericilik, məhkəmə hakimiyyətində, mətbuatda gənc nəsillə təcrübəli ziyalılarımız çiyin-çiyinə çalışırlar. Gənc nəslin enerjisi ilə yaşlı nəslin təcrübəsinin bir araya gəlməsi dövlətin gücünü təşkil edir. Bu, Azərbaycanda dövlət quruculuğu istiqamətində həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri idi və bu gün buna uğurla nail olunub.

Əli Həsənov vurğulayıb ki, müstəqillik illərində iqtisadiyyat, siyasət, sosial sahələrdə, beynəlxalq aləmdə, ümumiyyətlə, bütün istiqamətlərdə qazanılan nailiyyətlər sırasına gənclər siyasəti sahəsində əldə edilən uğurları də qeyd etmək lazımdır. Çünki bizim 25 ildə əldə etdiyimiz əsas nailiyyətlərin mühüm istiqamətlərindən biri məhz yetişdirdiyimiz gənc nəsildir. Ümummilli Liderimiz həmişə deyirdi ki, əgər bir millətin gəncliyi sağlam yetişdirilirsə, o millətin gələcəyi etibarlı əllərdədir. Bu gün əminliklə demək olar ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini uğurla həyata keçirərək Azərbaycanın gələcəyini gənclərin timsalında tamamilə təmin edib. Azərbaycanın bundan sonrakı inkişafının əsas yükü gənclərin üzərinə düşür. Gənclərimiz artıq bu yükü qəbul etməyə hazırdırlar.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında 1994-cü ildə Ulu Öndərin müvafiq Fərmanına əsasən Gənclər və İdman Nazirliyinin yaradılmasını bu sahədə mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirib. Ulu öndər Heydər Əliyevin bu sahəyə diqqət və qayğısı nəticəsində gənclər siyasəti haqqında qanunun qəbul olunduğunu, Azərbaycan Gəncləri Gününün təsis edildiyini vurğulayan nazir bildirib ki, ölkəmizdə uğurlu gənclər siyasəti bu gün də yüksək səviyyədə həyata keçirilir. Dünyada iqtisadi böhranın hökm sürdüyü bir dövrdə milli dinamik inkişafını qoruyub saxlaya bilən Azərbaycan yeni qlobal çağırışlara uyğun əsaslı islahatlara start verib.

Bildirilib ki, müstəqilliyimizin bərpasından ötən 25 il ərzində ölkəmizdə yeni nəsil formalaşıb. Həmin nəsil Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə bağlılıq və Vətənə sədaqət ruhunda böyüyür. Hazırda ölkə əhalisinin 27 faizini gənclər təşkil edir. Vurğulanıb ki, Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların məşğulluğunun təmin edilməsi, dövlət idarəçilik sistemində iştirakı istiqamətində kompleks tədbirlər həyata keçirməyi qarşıya məqsəd qoyub. Ötən illər ərzində gənclər siyasətinin normativ hüquqi bazası və strukturu formalaşıb, Azərbaycan gənclərinin inkişafı strategiyası qəbul edilib. Qısa zaman kəsiyində respublikanın 38 rayon və şəhərində Gənclər evləri və mərkəzləri, 300-dən çox gənclər təşkilatı yaradılıb. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması minlərlə təşəbbüsün dəstəklənməsinə imkan verdi. Sevindirici haldır ki, gənclərin fəaliyyəti təkcə paytaxtla deyil, həm də regionlarla bağlıdır.

Diqqətə çatdırılıb ki, son beş ildə Gənclər və İdman Nazirliyi tərəfindən 700-dən çox irimiqyaslı layihə və tədbir keçirilib. Onlardan 155-i beynəlxalq statusa malikdir. Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan nazir olimpiyaçılarımızın uğurlarını da xüsusi qeyd edib. Nazir bildirib ki, ölkəmizdəki ictimai-siyasi sabitlik, inkişaf prosesləri, gənclər sahəsində əldə olunan uğurlar BMT-nin gənclər siyasəti üzrə I Qlobal Forumun Azərbaycanda keçirilməsi qərarına müsbət təsirini göstərib.

A.Rəhimov vurğulayıb ki, Ulu Öndərin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildə mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi sahələrdə uğurlara imza atan İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkə idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim Ümummilli Liderin respublikada idmanın inkişafı ilə bağlı ideyaların daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi. Azərbaycanın Olimpiya hərəkatında layiqli yer tutması dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi qayğı və diqqətin, uzaqgörən idman siyasətinin nəticəsidir.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyi pərakəndə şəkildə fəaliyyət göstərirdi. Həmin dövrdə gənclər fürsətçi qruplaşmalar və onların havadarları tərəfindən alət kimi istifadə olunurdu. Gənclər çətin siyasi prosesin qurbanına çevrilmişdilər. Azərbaycanı anarxiya dövründən çıxaran, müstəqilliyin itirilməsi təhlükəsini sovuşduran ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlət gənclər siyasətində yeni səhifə açdı. Ulu Öndər gənclərin daha mütəşəkkil təşkilatlanması üçün Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaradılandan sonra gənclər siyasətində mütərəqqi irəliləyiş əldə olundu. Daha sonra ümummilli lider Heydər Əliyev ölkədə Gənclər Gününü təsis etdi. İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi isə ölkədə idmanın inkişafına böyük təkan verdi. Bunun nəticəsi olaraq, gənclər arasında idmana maraq artdı və ölkəmiz beynəlxalq yarışlarda güclü idmançılarla təmsil olundu.

F.Muradov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib ki, ölkəmizdə 25 il ərzində digər sahələrdə olduğu kimi, gənclər sektorunda da böyük inkişafa nail olunub. Bu inkişaf ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan gəncliyi dünyanın ən xoşbəxt gəncliyindən biridir. Çünki biz Ulu Öndər ilə eyni dövrdə yaşadıq və bu gün onun yaradıcı gənclər siyasətinin bəhrəsini görürük. Ölkəmizdə Gənclər və İdman Nazirliyi çətin dövrdə - müharibədən sonrakı vaxtda yaradılıb. Nazirliyin əsas məqsədi sağlam nəslin yetişdirilməsinə dövlət dəstəyinin təmin edilməsidir. Gənclər və İdman Nazirliyi ötən müddətdə bu vəzifələrin öhdəsindən uğurla gələrək ona göstərilən etimadı doğruldub.

Gənclər Fondunun fəaliyyəti barədə konfrans iştirakçılarına məlumat verən Fərhad Hacıyev diqqətə çatdırıb ki, qurum yarandığı gündən indiyədək yüz minlərlə gəncin qəlbinə yol tapmağı bacarıb. Fond indiyədək 7 min 98 layihə qəbul edib və onlardan 3341-i dəstəklənib. Bu, təxminən müraciətlərin yarısını təşkil edir. Fond fəaliyyət göstərdiyi dövrdə gənclərimizin etibarını qazanmağı bacarıb.

Vurğulanıb ki, hər il dövlətimizin başçısı tərəfindən Gənclər Fonduna vəsait ayrılır. Bu məbləğ gənclər təşkilatlarının və gənclərin layihələrinin reallaşmasına yönəlib. Gənclər Fondu fərdi şəxslərin layihələrinin həyata keçirilməsinə bilavasitə kömək etməsi baxımından dünyada nadir qurumdur. Bu, Prezident İlham Əliyevin hər bir vətəndaşın qayğısına qalmasının bariz nümunəsidir.

Sonra Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclisin deputatı Şahin İsmayılov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Olimpiya çempionu Namiq Abdullayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Nərgiz Eyvazova çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində əldə olunan uğurlardan danışıblar. Qeyd olunub ki, Azərbaycanda gənclər sahəsində yaradılan münbit şərait onların asudə vaxtının səmərəli təşkilinə, elm, mədəniyyət və idman sahələrində mühüm uğurlar əldə etmələrinə, beynəlxalq tədbirlərdə və yarışlarda ölkəmizi layiqincə təmsil etmələrinə imkan verir.

Sonda ölkəmizin ictimai-siyasi həyatında yüksək fəallıq göstərən paytaxt gənclərinin bir qrupuna fəxri fərmanlar təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb  YENİLƏNƏCƏK

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir- MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir