Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda “LİBRAFF Park Akademiya” kitab mağazasının açılışı olub

Bakı, 8 iyun, AZƏRTAC

İyunun 8-də “LİBRAFF Park Akademiya” kitab mağazasının açılışı və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair kitablarının sərgisinə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərov “LİBRAFF Park Akademiya” kitab mağazasının açılmasının Azərbaycanda kitab ticarətinin inkişaf etdirməklə bərabər, ədəbiyyatın və mütaliənin təbliğatı missiyasını daşıdığını bildirib. “Bu kitab mağazası Milli Elmlər Akademiyasının, bir sıra böyük təhsil ocaqlarının yerləşdiyi ərazidə fəaliyyət göstərəcək. Yəni, tələbələr çox rahatlıqla bu kitabxananın xidmətlərindən istifadə edə biləcəklər. Ümid edirəm ki, bu kitab mağazası oxucuların, o cümlədən tələbələrin ən sevimli məkanlarından birinə çevriləcək. Oxucular burada dünyanın ən görkəmli nəşriyyatlarının nəşrləri, müasir poliqrafiyanın son nailiyyətləri ilə tanış ola biləcək. Bununla da “LİBRAFF Park Akademiya” elmi-mədəni və kitab mərkəzi kimi formalaşacaq”,- deyə TEAS-ın sədri vurğulayıb.

“LİBRAFF”ın yaranması yolunda “TEAS Press” Nəşriyyat Evinin mühüm rol oynadığını qeyd edən Tale Heydərov bildirib “TEAS Press”, “3 alma” və “Yay” markaları ilə çıxan kitablar artıq oxucuların sevimli nəşriyyat brendlərinə çevrilib. Həmin kitablar təkcə ölkə daxilində deyil, xaricdə də oxucular tərəfindən böyük rəğbət qazanıb.

“Bu gün, həmçinin Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair kitablarının da təqdimatı təşkil edilib. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Ölkəmizdə və xaricdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir. Azərbaycan Avropa Cəmiyyəti də bu tarixi hadisəyə öz töhfəsini verməyə çalışır. Belə ki, Cəmiyyət tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı kitablar nəşr edilir. Onların içərisində Türkiyə Respublikasının Osmanlı dövrü arxivləri və mətbuatından toplanmış sənəd və materiallardan ibarət 4 toplu mühüm yer tutur. Həmçinin 1923-1927-ci illərdə Məmməd Əmin Rəsulzadənin rəhbərliyi və redaktorluğu ilə İstanbulda çıxmış “Yeni Kafkasya” dərgisnin bütün saylarını əhatə edən dörd cildlik də bu gün burada nümayiş etdirilir”.

“LİBRAFF” kitab mağazasının açılmasının Azərbaycan ədəbiyyatı və oxucular üçün böyük töhfə olduğunu bildirən ‬mədəniyyət nazirinin müavini Vaqif Əliyev belə bir kitabxananın yaradılmasında zəhməti olan hər kəsi və oxucuları təbrik edib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində belə bir kitabxananın açılmasının təqdirəlayiq hal olduğunu qeyd edən nazir müavini deyib ki, Azərbaycan Xalq Cümhuriyyətində də elmə, təhsilə, maariflənməyə böyük önəm verilirdi.

“Bu kitab mağazasının açılması Azərbaycanda elmə, təhsilə marağın göstəricisidir. Azərbaycanda kitaba hər zaman diqqət olub. Kitab bizə bir sərvət olaraq miras qalıb. "Avesta", "Kitabi-Dədə Qorqud" kimi ədəbiyyat nümunələrimiz Azərbaycan xalqının ta qədimdən başlayaraq belə gözəl əsərlər yaratdığını sübut edir”, - Vaqif Əliyev vurğulayıb.

Hər bir xalqın parlaq gələcəyində kitabın rolunu qeyd edən Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayev deyib: “Əgər bir xalq inkişaf etmirsə, o xalqın gələcəyi yoxdur və heç nəyə də nail ola bilməz. Kitablarımız dünyada nə qədər çox tanınsa, bizi də o qədər çox tanıyacaqlar. Yazıçı xalqın ədəbiyyatda vəkilidir. O, xalqı təmsil edir. Əgər sən Azərbaycan yazıçısısansa və öz xalqını müdafiə etmirsənsə, bəs onda bunu kim etməlidir? Əlbəttə, sən etməlisən. Azərbaycan yazıçısı xalqının tərəfində olmalıdır”.

Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri professor Kərim Şükürov bildirib ki, bu gün "LİBRAFF" kitab mağazaları şəbəkəsinin açılması ölkəmizin sosial-mədəni həyatında mühüm hadisələrdəndir. Azərbaycanda kitabı çox oxuyanlar haqqında belə deyirlər ki, o, kitabla danışır. Bu gözəl məkana gələnlərin hər biri yüzlərlə yeni kitabla tanış olacaq. Onlar burada kitablarla danışmaq imkanı əldə edəcəklər. O bildirib ki, qədim zamanlardan həmişə kitaba dərin diqqət olub. 1300 illiyini dünyada təntənə ilə qeyd etdiyimiz "Kitabi-Dədə Qorqud" dastanı göstərir ki, bizim kitabçılıq mədəniyyətimizin böyük tarixi var. ‬

‪ Milli Məclisin deputatı ‬Musa Qasımlı qeyd edib ki, bu gün Azərbaycanın mədəni, ictimai həyatında önəmli bir gündür. Bu kitab mağazası həm məkanına, həm də tərtibatına görə gözəldir. Buradakı kitablar poliqrafiyasına görə də xüsusilə fərqlənir. Bu kitabların Azərbaycanda nəşr edilməsi ilə ölkəmizdə yeni poliqrafiya mədəniyyətini formalaşdırır. Bu, poliqrafiya işində bizim üçün yeni bir səhifədir.

Mərasim bədii hissə ilə davam etdirilib.

‪ ‬ Qeyd edək ki, 2017-ci ildə yaradılmış “LİBRAFF” Azərbaycanda ən böyük modern kitab mağazaları şəbəkəsidir. “LİBRAFF” kitab mağazaları paytaxtımızın əsas görkəmli yerlərində, Heydər Əliyev Beynəlxalq Hava Limanında və tanınmış ticarət mərkəzlərində, həmçinin Gəncədə oxucuların xidmətinə verilib.

“LİBRAFF” Azərbaycan, rus, ingilis, türk və digər dillərdə olan zəngin kitabxanası ilə insanların xidmətindədir. Mağazalarda yerli və aparıcı dünya nəşriyyatlarının klassik əsərləri, xüsusi seçilmiş müasir ədəbiyyat nümunələri, uşaq və yeniyetmələrin fərdi inkişafına istiqamətlənmiş əyləncə və oxu materialları təqdim olunur. Mövzu zənginliyi, çap və kağız keyfiyyəti ilə uzun illər şəxsi kitabxanaların ayrılmaz hissəsi olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər YENİLƏNƏCƏK CANLI

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Çin kosmosa yeni astronavtlar göndərir

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH