ELM VƏ TƏHSİL
Bakıda XI Respublika Rus dili və ədəbiyyatı Olimpiadasına yekun vurulacaq
Bakı, 24 may, AZƏRTAC
İyunun 4-də - Beynəlxalq Rus Dili Günü ərəfəsində Bakı Slavyan Universitetinin Böyük akt zalında XI Respublika Rus dili və ədəbiyyatı Olimpiadasına yekun vurulacaq. Bu münasibətlə keçirilən təntənəli mərasim Rusiyanın ölkəmizdəki səfirliyi, “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən təşkil edilir.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 2019-cu ildə Olimpiadanın 24 regional turu keçirilib. Cari ildə bu tədbirin əhatə dairəsi xeyli genişlənib, iştirakçıların sayı artıb. 2019-cu il Olimpiadasının nəticələri təntənəli mərasimdə elan ediləcək.
Olimpiadanın qaliblərinə diplomları və xatirə hədiyyələri tanınmış siyasətçilər və ictimai xadimlər təqdim edəcəklər.
Azərbaycanlı gənc ifaçılar bayram konserti verəcəklər. Mərasimə Olimpiadanın qalibləri, onların valideynləri və müəllimləri, təhsil, elm və mədəniyyət xadimləri, nazirliklərin, idarələrin və diplomatik korpusun nümayəndələri dəvət edilir.
Mərasim iyunun 4-də saat 12:00-da başlanacaq.
Arayış üçün telefonlar: 496-45-00 və 496-48-00. Elektron poçt ünvanı: [email protected].