MƏDƏNİYYƏT


Bakıda “Xarı Bülbül” gənclərin yaradıcılıq festivalı keçirilib

Bakı, 27 noyabr, AZƏRTAC

Gənclər üçün Təhsil Mərkəzi ilk dəfə olaraq Bakı şəhərində “Xarı Bülbül” gənclərin yaradıcılıq festivalını keçirib.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində keçirilən festivalın əsas məqsədi Qarabağın mədəni incilərini təbliğ etmək, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına yardımçı olmaq, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaq olub. Festival yeniyetmə və gənclərin böyük marağına səbəb olub. Yeniyetmə və gənclər yaradıcılığın müxtəlif sahələrində öz bacarıqlarını nümayiş etdirmək imkanı əldə ediblər.

Qeyd edək ki, bir neçə ay bundan öncə Bakı şəhərində festivalın keçirilməsi üçün yaradıcılıq dərnəyi qurulub, iştirakçı olmaq istəyənlər bu dərnəklərdə bütün hazırlıq işlərini həyata keçiriblər. Dərnəklərdə gənclərin istifadəsi üçün zəruri olan musiqi avadanlıqları, rəsm və digər sahələr üzrə müvafiq materiallar yerləşdirilib, o cümlədən yaradıcılıq təlimləri keçirilib.

Festivalın keçirilməsinə qədər Bakı şəhərində davamlı olaraq istedadlı gənclərin tapılıb, qurulmuş yaradıcılıq dərnəyinə cəlb olunması işləri aparılıb. Dərnək imkan verib ki, qismən yaradıcılıq qabiliyyəti olan yeniyetmə və gənc burada öz bacarıqlarını inkişaf etdirsin, özünü cəmiyyətə tanıtsın və inkişaf etmiş yaradıcı insana çevrilsin.

Qeyd edək ki, mərkəz tərəfindən “Xarı Bülbül” gənclərin yaradıcılıq festivallarının hər il keçirilməsi, Qarabağın mədəni incilərinin bu tədbirlər vasitəsilə gənc nəsil arasında təbliği nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.