İDMAN


Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirə böyüklər də qoşulacaq

Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirə böyüklər də qoşulacaq

Bakı, 31 mart, AZƏRTAC

Aprelin 14-dən 16-dək Bakıda Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təsdiq olunmuş bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnir keçiriləcək.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, budəfəki yarışda gənc bədii gimnastlara böyüklər də qoşulacaqlar.

Artıq Misir milli komandasının Bakı turniri üçün heyəti açıqlanıb. Yarışda Misiri üç gimnast – böyüklərin mübarizəsində Amina Sobeih, Lamar Behairi, gənc gimnastlar kateqoriyasında isə Alia Ahmed təmsil edəcək.

Azərbaycan ilk dəfə 2018-ci, daha sonra isə 2019-cu ildə bu növ üzrə gənclər arasında “AGF Trophy” adlı beynəlxalq turnirə ev sahibliyi edib. Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq.

Üç gün davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.

Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.