CƏMİYYƏT


Bakıda havanın temperaturu iqlim normasından 5.7° yuxarı olub

Bakı, 25 mart, AZƏRTAC

Martın 25-də gündüzədək ölkə ərazisində hava şəraiti sabit və əsasən yağmursuz keçib. Sumqayıt, Bakı, Maştağa, Binə, Pirallahı, Çilov adası, Şəmkir, Nabran, Xaçmaz, Qəbələ, Lerik , Biləsuvar, Lənkəranda duman müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildiriblər ki, martın 24-də Bakıda havanın temperaturu iqlim normasını 5.7° ötüb. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19°-dək, Aran rayonlarında 17-20°, dağlıq rayonlarda 12° -dək, Naxçıvan Muxtar Respublikasında 16-22° isti olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.