SİYASƏT


Bakıda keçirilmiş hərbi parad İordaniyanın Dövlət Xəbərlər Agentliyi tərəfindən geniş işıqlandırılıb

Bakı, 27 iyun, AZƏRTAC

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilmiş hərbi parad İordaniyanın “Petra” Dövlət Xəbərlər Agentliyi tərəfindən geniş işıqlandırılıb.

Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, agentliyin yaydığı məqalədə paytaxt Bakının mərkəzində əzəmətli hərbi paradın keçirildiyindən bəhs edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin paradda olduğu diqqətə çatdırılır. Qeyd edilir ki, hərbi paradda Azərbaycanın Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyəti iştirak edib. Mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub.

1918-ci il iyunun 26-da Azərbaycanda ilk nizami ordu quruculuğuna start verildiyini bildirən müəllif Azərbaycan Silahlı Qüvvələrinin hərbi imkanlarının son illər ərzində artdığını diqqətə çatdırır.

Məqalədə Azərbaycanda hərbi və müdafiə sənayesinin inkişafından bəhs edilir, əsgərlərimizin beynəlxalq əməliyyatlarda, məsələn, Əfqanıstandakı əməliyyatlarda iştirak etdiyi vurğulanır.

Yazıda Dağlıq Qarabağ münaqişəsinə də toxunulur, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarının nəticəsiz qaldığı vurğulanır.

Məqalədə cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və minaatanlardan da istifadə etməklə Ermənistan silahlı qüvvələrinin atəşkəsi daim pozduğu diqqətə çatdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.