MƏDƏNİYYƏT
Bakıda pulsuz moda dərsləri keçiriləcək
Bakı, 27 avqust, AZƏRTAC
Sentyabrın 4-də Bakıda gənc dizayner-rəssam Renarə Şəmsiyevanın rəhbərliyi ilə “Pulsuz moda dərsi” adlı açıq moda dərsləri təşkil olunacaq.
AZƏRTAC tədbirin “facebook” səhifəsinə istinadla bildirir ki, dərslər “Atatürk prospekti 25 b” ünvanında keçiriləcək.
Həmçinin, dərslər çərçivəsində dünya üzrə qabaqcıl moda məktəblərində təhsil almaq istəyənlər üçün xüsusi hazırlıq kurslarının təşkili də planlaşdırılır.
Dərslərdə rəng və forma anlayışı, geyim eskizlərinin hazırlanması, dünya moda tarixi, dünya geyimləri və Azərbaycan xalqının milli geyimləri, məşhur moda evlərinin iş fəaliyyəti, geyim kolleksiyasının hazırlanması və başqa mövzular tədris olunacaq.
Qeyd edək ki, 5 yaşından yuxarı və rəssamlıq bacarığı olan hər kəsin qatıla biləcəyi dərslər, iştirakçıların istəyinə uyğun olaraq Azərbaycan, rus və ingilis dillərində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]