İQTİSADİYYAT
“Bank Respublika” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Bakı Fond Birjasında (BFB) “Bank Respublika” ASC-nin tədavül müddəti 2 təqvim ili olan AZ2003002881 dövlət qeydiyyat nömrəli, 10 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 6 investor tərəfindən 6 sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 8,5 faiz, faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödənilir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 12 milyon 980 min manat təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil edib. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]