İQTİSADİYYAT
Bank VTB öz texnologiya və xidmətlərini Azərbaycan müştərilərinə dünya standartları səviyyəsində çatdırmağa çalışır
Bakı, 12 sentyabr (AZƏRTAC). Bakıda Rusiyanın Bank VTB (Azərbaycan) filialının açılışına çox şadıq. Biz öz texnologiyalarımızı və xidmətlərimizi Azərbaycan müştərilərinə dünya standartları səviyyəsində çatdırmağa çalışırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri bankın idarə heyətinin sədri Aleksandr Yeremin jurnalistlərə müsahibəsində demişdir.
A.Yereminin sözlərinə görə, filiallar kiçik ofislər olsa da, müştərilərin istifadə edə biləcəkləri xidmətlərin bütün spektrini əhatə edir: “Bu, yerli bankların təklif etdikləri standart xidmətlər deyil. Biz öz işimizdə, filiallarımızın işində VTB qrupunun ən yaxşı təcrübəsindən istifadə edirik. Bu təcrübəni ümumiləşdirməyə, lokal ərazidə yerləşən Azərbaycan müştərilərinə dünya səviyyəli texnologiya və servis təklif etməyə çalışırıq” - deyə Aleksandr Yeremin bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]