İQTİSADİYYAT
Banklar Assosiasiyasında fövqəladə hallar zamanı enerji təminatının optimizasiyası müzakirə edilib
Bakı, 11 avqust, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA) "İT və İT təhlükəsizlik üzrə" Ekspert Qrupunun fövqəladə hallar zamanı bankların enerji təminatının dayanmaması, enerji məsələlərinin optimizasiyasına həsr olunmuş iclasında enerji təminetmənin optimizasiyası və enerji sahəsində İT təhlükəsizliyinə dair məsələlər müzakirə olunub.
ABA-dan AZƏRTAC-a bildiriblər ki, iclasda müvafiq əlaqədar orqanlarla görüşlər keçirilərək fövqəladə hallar zamanı enerji təminatının optimizasiyasına dair müzakirələrin aparılması qərara alınıb.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.