CƏMİYYƏT


Banklarda girovda olan avtomobilləri qanunsuz üsullarla satan şəxs saxlanılıb VİDEO

Bakı, 27 iyul, AZƏRTAC

Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Xocavənd rayon sakini Ziyatay Əliyev işlədiyi Yeni Günəşli qəsəbəsində yerləşən avtomobil təmiri sexində banklardan birində 5700 manat kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmiş “VAZ 21214” markalı avtomobilin ban nömrəsini qanunsuz yolla dəyişdirən zaman cinayət başında saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avtomobil təmiri obyektinə baxış keçirilən zaman müxtəlif banklarda girovda olan “Kia Cerato”, “Chevrolet Aveo”, “Chevrolet Cruz”, “VAZ 21154”, “VAZ 21214”, “VAZ 21705” markalı onlarla avtomobilə aid qeydiyyat şəhadətnamələri və nişanları, həmçinin kəsilmiş dövlət qeydiyyat nişanları və ban nömrələri aşkarlanaraq götürülüb. Baxış zamanı, həmçinin döşəmədə doğranmış vəziyyətdə basdırılan qeydiyyat nişanları və ban nömrələri də aşkar olunub.

İstintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Z.Əliyev özgə əmlakını ələ keçirmək məqsədilə işlədiyi avtomobil təmiri obyektində banklar tərəfindən ipoteka ilə yüklü edilmiş avtomobillərin ban və mühərrik nömrələrini kəsib onların yerinə eyni markadan olan yararsız avtomobillərin ban və mühərrik nömrələrini qaynaq edərək girovda olmayan avtomobil kimi ayrı-ayrı şəxslərə satmaqla banklara külli miqdarda ziyan vurub.

Faktla bağlı Baş İdarənin İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Bu qanunazidd əməllərdə iştirak edən digər şəxslərin də saxlanılması istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.