DÜNYA
Baş Nazir: Ukrayna xəstəliyin ciddi dalğasına qədəm qoyub
Kiyev, 25 iyun, AZƏRTAC
Ukraynada hər həftə getdikcə daha çox koronavirusa yoluxma halları qeydə alınır. Bəzi vilayətlərdəki xəstəxanalarda çarpayıların 50 faizdən çoxu yoluxanlarla məşğul edilib.
AZƏRTAC xəbər verir ki, Baş Nazir Denis Şmıqal bu barədə hökumətin bu gün keçirilən növbədənkənar iclasında bəyan edib.
D.Şmıqal deyib: “Ötən sutka ərzində növbəti antirekord – təxminən min nəfərin koronavirusa yoluxması rəsmi şəkildə təsdiqlənib. Həftədən-həftəyə artım davam edir. Biz koronavirus dalğası ilə üz-üzəyik. Xəstəxanaların yüklənməsi əhəmiyyətli dərəcədə artıb. Elə vilayətlər var ki, orada bu yüklülük 50 faizdən çox təşkil edir. Əfsuslar olsun ki, bu, mənfi siqnaldır. Bu, o deməkdir ki, biz xəstəliyin ciddi dalğasına qədəm qoymuşuq”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]