CƏMİYYƏT


Baş Prokurorluğun hazırladığı növbəti maarifləndirici videoçarxda ev dustaqlığı mövzusunda məlumat verilib VİDEO

Bakı, 24 sentyabr, AZƏRTAC

Dövrün tələblərinə uyğun olaraq prokurorluq orqanları tərəfindən müasir, vətəndaşyönümlü və onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə əlaqədar vətəndaşları maraqlandıran məsələlərlə bağlı Baş Prokurorluğun mətbuat xidməti tərəfindən maarifləndirici videoçarxlar hazırlanaraq #heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim olunur.

Təqdim olunan növbəti videoçarxda “Heç bilirdinizmi “ev dustaqlığı” nədir?” mövzusu ilə bağlı cinayət prosessual qanunvericiliyin tələbləri vətəndaşlarımıza izah edilib.

Həmin videoçarxı Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrində, həmçinin veb-saytında izləmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.