CƏMİYYƏT


Baş konsul: Batumidə baş vermiş partlayış nəticəsində zərərçəkənlər arasında azərbaycanlı yoxdur

Tbilisi, 18 avqust, AZƏRTAC

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində maye qaz yanacaqdoldurma stansiyasında baş vermiş güclü partlayış nəticəsində xəsarət alanlar və zərər çəkənlər arasında azərbaycanlı yoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov məlumat verib.

R.İsmayılov deyib ki, baş konsulluq Batumi şəhər və bölgə administrasiyasının rəhbərləri, əlaqədar təşkilatların nümayəndələri ilə əlaqə saxlayıb. Zərərçəkənlər və xəsarət alanlar arasında azərbaycanlı yoxdur.

Xatırladaq ki, avqustun 16-da baş vermiş partlayış nəticəsində ətrafda olan 4 yaşayış evində yanğın olub, bir neçə evə maddi ziyan dəyib. Bir neçə şəxs partlayış zamanı xəsarət alıb, daha bir neçə şəxs isə psixoloji travma diaqnozu ilə xəstəxanalara müraciət edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.