CƏMİYYƏT
Baş konsul: Oteldəki yanğında ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur
Tbilisi, 25 noyabr, AZƏRTAC
“Batumidə “Leogrand” hotelində baş verən yanğın nəticəsində 2 nəfər ölüb, bir neçə adam xəsarət alıb. Ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur”.
Bu sözləri AZƏRTAC-a Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov bildirib.
Baş konsul deyib ki, konsulluğun əməkdaşları hadisə yerindədirlər və yenə də vəziyyətlə maraqlanırlar.
Qeyd edək ki, bir neçə saat əvvəl Batumidəki “Leogrand” otelində yanğın baş verib. Yanğının otelin mətbəxindən başladığı bildirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:05]
Ölkə ərazisində sabit hava şəraiti davam edəcək
- 26.04.2024 [14:02]
“Bilim hər yerdə” layihəsi Laçında
- 26.04.2024 [13:47]
“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib
- 26.04.2024 [13:12]
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
- 26.04.2024 [12:49]
DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb
- 26.04.2024 [12:48]