İDMAN


Batutçumuz Nicat Mirzəyev dünya yaş qrupları yarışlarında hər iki çıxışını təqdim edib

Bakı, 25 noyabr, AZƏRTAC

Bakıda batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, 13-14 yaş qrupunda mübarizə aparan batutçumuz Nicat Mirzəyev hər iki çıxışını təqdim edib. Təmsilçimizin ilk cəhdi 42,070 xalla qiymətləndirilib. Gimnastımızın ikinci cəhdi daha uğurlu alınıb. Bu dəfə o, hakimlərdən 50,945 xal alıb.

İki çıxışının nəticəsinə görə, təmsilçimiz ilk səkkizlikdə qərarlaşsa, finala adlayacaq.

Oğlanlar arasında batut gimnastikası üzrə fərdi proqramda yarışlar davam edir.

Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək.

Yarışda 32 ölkədən 621 idmançı iştirak edir. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında mübarizə aparacaqlar. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.