İDMAN
Bayıl stadionunda futbol üzrə “3x3 oğlanlar turniri” təşkil olunacaq
Bakı, 12 may, AZƏRTAC
Futbolun təbliğatının gücləndirilməsi və kütləviliyin artırılması məqsədilə Bayıl stadionunda 2 yaş qrupu üzrə “3x3 oğlanlar turniri” keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turnirin qaydalarına görə, hər komandanın iştirak ərizəsində 5 nəfərin adı qeyd olunmalıdır. Oyun zamanı hər komandanın heyətində meydana 3 nəfər çıxır. Onlardan dördü indiyədək hər hansı komandanın heyətində çıxış etməyən, adı AFFA-nın Qeydiyyat bazasında olmayan oyunçu olmalıdır.
Oyunların müddəti 10 dəqiqədir (hər hissə 5 dəqiqə). İştirakçılar idman geyimində olmalıdırlar, təşkilatçılar tərəfindən iştirakçılara yalnız oyun jiletləri veriləcək. Turnirin keçirilmə qaydaları ilə bağlı ətraflı məlumat turnir zamanı iştirakçılara veriləcək. Turnir zamanı müxtəlif yarışlar keçiriləcək, qaliblər mükafatlandırılacaq.