İDMAN


Bədii gimnastika və aerobika üzrə yerli yarışların ilk qalibləri müəyyənləşib

Bakı, 12 oktyabr, AZƏRTAC

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatının ilk qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, dörd günlük yarışda gimnastlar gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş qruplarında medallar uğrunda mübarizə aparırlar.

Aerobika gimnastları isə bütün yaş qruplarında yarışırlar.

2009-cu il təvəllüdlü bədii gimnastların yarışında Gövhər İbrahimova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nəzrin Salmanlı 2010-cu il təvəllüdlü idmançılar arasında birinci olub. 2011-ci il təvəllüdlü gimnastların yarışında Yelizaveta Yefremova qızıl medal qazanıb.

Aerobika gimnastikası yarışlarında balaca oğlanların fərdi mübarizəsində Səid Əliyev, qızlar arasında isə Ayan Ağayeva birinci olublar. Böyüklərin yarışında Vladimir Dolmatov və Nərminə Hüseynova qalib adına layiq görülüblər. Yeniyetmə qızlar arasında Dilarə Qurbanova, 9-11 yaşlı uşaqların mübarizəsində Məryəm Topçubaşova, gənclərin yarışında isə Xədicə Quliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışlarda Bakı və bölgələr üzrə ümumilikdə 200-dən çox idmançı iştirak edir. Bakı üzrə Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Gymkids” klublarının, “Zirvə International”, Zabrat idman klublarının, Respublika Kompleks İdman Məktəbinin, Şağan Olimpiya İdman Kompleksinin, eləcə də Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı, Göyçay, Zaqatala, Kürdəmir, Qusar, Şirvan və Masallı təmsilçiləri birincilik uğrunda yarışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.