SİYASƏT


Benjamin Hacıbəyli: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunmağım mənim üçün böyük şərəfdir VİDEO

Paris, 9 sentyabr, AZƏRTAC

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmağım mənim üçün böyük şərəfdir. Atam Timuçin Hacıbəyli həmişə Azərbaycan həsrəti ilə yaşayıb. Babam və atam hər ikisi Azərbaycanın müstəqilliyini arzulayıb və şadam ki, onların arzusu reallaşıb. Birinci Respublikanın varislərinə bu cür diqqətə görə Azərbaycan dövlətinə minnətdarlığımı bildirirəm.

Bu fikirləri Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” kitabının təqdimat mərasimində onun oğlu Benjamin Hacıbəyli AZƏRTAC-a müsahibəsində söyləyib. O bildirib ki, ailələrinə, xüsusilə atasına göstərilən diqqətə görə çox şaddır. “Atam sağ olsaydı çox sevinərdi. O, bütün həyatı boyu müstəqil Azərbaycan haqqında düşünüb və bu istiqamətdə bacardığını edib. Onun arzuları reallığa çevrilib. Fürsətdən istifadə edib Azərbaycan dövlətinə ailəmizə verdiyi bu şərəfə görə təşəkkür edirəm”, - deyə B.Hacıbəyli vurğulayıb. Atasının xatirələrinin kitab şəklində nəşrini yüksək qiymətləndirən B.Hacıbəyli bununla bağlı gördüyü işlərə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.